Amerika Milli Basketbol Assosiasiyası koronavirusdan sağalmış oyunçulardan digər pasiyentlərin müalicəsi üçün qan vermələrini xahiş edir
01.04.2020 [ad_1]
Bakı, 30 mart, AZƏRTAC
Milli Basketbol Assosiasiyası (MBA) koronavirusdan sağalmış oyunçu və əməkdaşlardan “NBA Together” proqramı çərçivəsində digər pasiyentlərin müalicəsi üçün qan vermələrini xahiş edir.
AZƏRTAC xəbər verir ki, ABŞ-da koronavirusdan sağalan insanlardan plazma qəbul etməyə başlayıblar. Həmin qanın tərkibində COVID-19 virusuna qarşı anticisimlər mövcuddur ki, bunlardan da digər pasiyentlərin müalicəsində istifadə olunacaq. Xəstələrə donor plazması onların orqanizmlərinin virusdan daha sürətlə təmizlənməsi məqsədilə köçürüləcək.
Bu günədək MBA-nın üç oyunçusunun koronavirusdan tam sağalması məlumdur. Bu oyunçular Rudi Qober, Donovan Mitçell (hər ikisi “Yuta” komandasından) və Kristian Vuddur (“Detroyt” komandasından).
AZERTAG.AZ :Amerika Milli Basketbol Assosiasiyası koronavirusdan sağalmış oyunçulardan digər pasiyentlərin müalicəsi üçün qan vermələrini xahiş edir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin











