Xocalsoyqrımı ilə bağlı Müstəqil Xalq Partiyasının Bəyanatı

Xocalsoyqrımı ilə bağlı Müstəqil Xalq Partiyasının Bəyanatı

24.02.2023 Off By Füzuli İsmayılov

XX əsrin sonlarında dünya svilizasiyasi dəhşətli bir faciənin şahidi olsa da, bu faciə bəşəri dəstəyini və hüquqi həllini tapa bilmədi. Beləki 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı faciəli şəkildə soyqırım törədildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.[ Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımi bütün beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılıb və hər il xatırlamalar edilir və bu il bu soyqrımın 31 ili tamam olur.

        Müstəqil Xalq Partiyası tərəfindən də Xocalı faciəsi ilə bağlı bütün beynəlxalq təşkilatlara müraciət olunub və bu soyqrımla bağlı müvafiq tədbirlərin görülməsi xahiş olunub.

        Xocalı soyqrıminın qurbanlarının ruhu qarşısında baş əyirik, Qarabağ münaqişəsi ilə bağlı şəhid olanlara Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik.

        Tarixin bu gərgin anlar yaşadığı dövrdə və erməni faşizminin revanşist hərəkətlərinin tüğyan etdiyi bir zamanda bütün Azərbaycan xalqını bir daha birliyə dəvət edirəm.

Əflan İbrahimov

Müstəqil Xalq Partiyasının sədri                            

Share