“Azerbaijan Kelagayi” milli brendi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
01.04.2020 [ad_1]
Bakı, 1 aprel, AZƏRTAC
“Azerbaijan Kelagayi” milli brendi ölkəmizdə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
AZƏRTAC xəbər verir ki, eyni zamanda, “Azerbaijan Kelagayi” milli brendi COVID-19 ilə aktiv mübarizə aparan tibb işçilərinə də dəstək olub. Belə ki, Bakı şəhəri, Yasamal rayon 8 saylı Təcili tibbi yardım məntəqəsinin qadın-həkimlərinə parlaq kəlağayılar hədiyyə edilib.
AZERTAG.AZ :“Azerbaijan Kelagayi” milli brendi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin











