AEBA gələcəyə hazırlıqda Qoşulmama Hərəkatının yanında olacaq

AEBA gələcəyə hazırlıqda Qoşulmama Hərəkatının yanında olacaq

02.03.2023 Off By Füzuli İsmayılov

Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Mariano Qrossi Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

“AEBA FAO və ÜST-lə yaxın əməkdaşlıq edərək məsələlərin həlli istiqamətində birgə fəaliyyət göstərib. AEBA “Zodiac” proqramını başladıb, bu, beynəlxalq proqramdır. Proqram nüvə texnologiyasından istifadə edərək baytarlıq laboratoriyalarında aparılan analizlərdə ilkin patogenləri müəyyən etməyə imkan verəcək. Qoşulmama Hərəkatının üzvlərinin, demək olar ki, hamısı bu proqrama qoşulub”, – deyə o əlavə edib.

Qeyd edək ki, martın 2-də Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Görüşdə 70-ə yaxın ölkənin dövlət və hakimiyyət rəhbərləri, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri; Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri; Əlcəzair və Keniyanın baş nazirləri; müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndəəri, habelə beynəlxalq təşkilatların rəhbərləri – Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri, nazirlər, nazir ümavinləri, səfirlər və digər rəsmi şəxslər iştirak edirlər.

Share