Pandemiya bizə çoxtərəfli əməkdaşlıqların önəmini göstərdi

Pandemiya bizə çoxtərəfli əməkdaşlıqların önəmini göstərdi

02.03.2023 Off By Füzuli İsmayılov

Bunu BMT-nin Avropa İqtisadi Komissiyasının məsul katibi Olqa Alqayerova Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

“COVID-19 pandemiyası bizə çoxtərəfli əməkdaşlıqların önəmini göstərdi. Birlikdə əməkdaşlıqla dayanıqlılığı təmin edə bilərik. Bu çərçivədə Qoşulmama Hərəkatı bu kimi qlobal məsələlərin müzakirəsi üçün əlaverişli platformadır”, – deyə o əlavə edib.

Qeyd edək ki, martın 2-də Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Görüşdə 70-ə yaxın ölkənin dövlət və hakimiyyət rəhbərləri, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri; Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri; Əlcəzair və Keniyanın baş nazirləri; müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndəəri, habelə beynəlxalq təşkilatların rəhbərləri – Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri, nazirlər, nazir ümavinləri, səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.

Share