“TRONIQ” MMC-nin direktoru Elm və təhsil nazirinə müraciət etdi
03.03.2023Azərbaycan Respublikası Elm və təhsil naziri cənab Emin Əmrullayevə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında
“Yüksək Texnologiyalar Parkı” MMC-nin “rezident”i
“TRONIQ” MMC-nin direktoru Anar Nəbiyev tərəfindən
Ə R İ Z Ə
Hörmətli Emin müəllim!
“TRONIQ” MMC-in direktoru olaraq tərəfimdən AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin rəhbəri Vasif Abbasova, sahibkarlıq fəaliyyətilə məşqul olduğum, innovativ layihələri burada gerçəkləşdirmək, inkişaf etdirmək, təkmilləşdirmək məqsədilə müraciət etməyimlə yanaşı, LED lampa, MİKROSXEM, DİOD, ROBOT və ROBOTOTEXNİKA kimi innovativ məhsulların istehsalını, sənaye, xidmət və digər sahələrdə faydalı tədbiqini gerçəkləşdirə biləcək “Biznes layihəsi” təqdim edilmişdir. Müraciətimlə yanaşı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təstiq edilmiş “Texnologiyalar Parkı” haqqında Nümunəvi Əsasnamə”nin müvafiq tələblərinə üyğun rəsmi sənədlər təqdim edilmişdir. Təqdim edilən “TRONIQ” MMC-nin hüquqi sənədləri ilə yanaşı, “Yüksək Texnologiya” yönümlü, innovativ layihə, AMEA-nın “Ekspertlər Surası” da baxılması üçün tədim edilmişdir. Beləliklə,rəsmi sənədlər YT Parkı tərəfindən AMEA-nın “Ekspertlər Surası”na təqdim edilərək baxılmışdır və “TRONIQ” MMC-nin “REZİDEN” kimi fəaliyyət güstərməsi üçün, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin 28.07.2022-ci il tarixli 08 nömrəli qərarı ilə qeydiyyata alınaraq “QEYDİYYAT ŞƏHADƏTNAMƏSİ” təqdim edilmışdir.
Sözü gedən layihələrin həyata keçməsi üçün tərfimdən ayrı-ayrı sahibkarlarla görüşlər keçirilərək layihələrin maliyyələşdirilməsi məsələlərinin razılığı əldə edilmişdir. Lakin YT Parkın direktoru Vasif Abbasov, təqdim edilən innovativ yönümlü layihələrin Texnopark ərazisində gerçəkləşdirilməsini şəxsi vəsaiti hesabına təmin edəcəyini və əldə edilən mənfəətə mənimlə şərik olacağını bidirdi və digər investorlarla əldə edilən razılıqlardan imtina etməyimi xahış etdi. Lakin Vasif müəllimin üzərinə götürdüyü öhtəliyi yerinə yetirmədi, beləliklə investorlardan imtina etdim və nəticədə layihənin baş tutması mümkün olmadı.
Daha sonra, Texnoparkda mövcut tikili sahənin və oradakı muasir standartlara cavab verən dəzgahların, “ROBOT və ROBOTOTEXNİKA” eləcə də digər innovativ layihələrin həyata keçirilməsi məqsədilə “TRONIQ” MMC-ə icarəyə verilməsi üçün, YT Parkın direktoru Vasif Abbasova müraciət etdim. İcarə şərtlərini müzakirə etməzdən əvvəl sözü gedən tikili bina və mövcud dəzgahların texniki cəhətdən istismara yararlı olmasının monitorinqi aparılaraq, icarəyə verilməsi nəzərdə tutulan dəzgahlarda texniki və elktron proqram təminatı məsələlərində ciddi problemlər müəyyən edildi. İkitərəfli müzakirə sonunda əldə edilən razılıq əsasında, Elm və Təhsil Nazirliyi yanında “Yüksək Texnologiyalar Parkı” MMC ilə “TRONIQ” MMC arasında, sözügedən dəzgahlardakı problemlərin aradan qaldırılması və daha sonra həmin dəzgahların “TRONIQ” MMC-yə icarə müqaviləsi əsasında istifadəyə verilməsi haqda 10 avqust 2022-ci il tarixli, 04/22-YTP-027-X nömrəli “XİDMƏT MÜQAVİLƏSİ” və müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Müqaviləyə əlavə hesab edilən “Qiymət razılaşma protokolu” imzalandıqdan sonra müəssisəmizin peşəkar texniki və elektron proqram təminatı üzrə mütəxəssizlərimizin əməyi nəticəsində, cəmiyyətimizə icarəyə veriləcək dəzgahların bərpası və istismara yararlı hala gətirilməsi mümkün olmuşdur.
Sözü gedən “XİDMƏT MÜQAVİLƏSİ” lə yanaşı daha iki icarə müqaviləsi imzalanmışdır, “AMEA Yüksək Texnologiyalar Parkının idarəedici təşkilatı ilə rezidenti arasında tikili sahənin icarəyə verilməsi ilə əlaqədar 04/22-YTP-027-İ nömrıli və “Avadanlıqların icarəyə verilməsi” ilə əlaqədar 08/22-YTP-027-İ-2 nömrəli müqavilələr imzalanmışdır (Hər üç müqavilənin surətləri ərizəyə əlavə edilir). Dəzgahların bərpası və istismara yararlı olması üçün mütəxəssislərimizin göstərdiyi xidmətin dəyərinin ödənilməsi proseduruna xüsusilə diqqət yetirməyinizi xahiş edirəm. Beləki “XİDMƏT MÜQAVİLƏSİ” nin 4-cü maddəsində (HESABLAŞMA QAYDASI), nəzərdə tutulan xidmət haqlarının ödənişləri “TRONIQ” MMC-lə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC arasında bağlanmış “İCARƏ MÜQAVİLƏ”ləri ilə əvəzlənəcəyi qeyd edilmişdir.
Xüsusilə qeyd etməliyəm ki, qarşılıqlı razılaşma nəticəsində aramızda imzalanan “İCARƏ MÜQAVİLƏSİ” nə baxmayaraq burada da YT Parkın direktoru Vasif Abbasov “TRONIQ”MMC-nin fəaliyyəti nəticəsində əldə edilən mənfəətə şərik olmaq niyyətini bildirmişdir və şəriklik payına sahib olma hüququ kimi YT Parkın mülkiyyəti hesb olunan tikili binanın, oradakı dəzgahlar və digər avadanlıqların cəmiətimizə icarəyə verilməsi ilə əsaslandırmışdır. Təbii ki mən bu məsələyə etirazımı bildirdim və icarə müqavilələrinin şərtlərinə əməl edəcəyimi bildirdim.
“TRONİQ” MMC-nin YT Parkı”na göstərdiyi xidmət qarşılığında ona olan faktiki borcunun olmasına baxmayaraq Vasif Abbasov məni özünə borclu hesab edir. Belə ki şifahi müzakirə zamanı, aramızda imzalanan müqavilələrindəki “icarə haqqın” 3 dəfədən çox, yəni 1000 azn”dən 3500 azn qədər əsaslandırmadan artırma tələbi ilə müqavilələrə əlavə və dəyişklik etmək istəyini bildirmişdir.
Təbii ki bu əsassız tələbi tərəfimdən rədd edilmişdir. Beləliklə 01.12.2022-ci i tarixdə, YTP-76-17/55 nömrəli “BİLDİRİŞ”ni təqdim edərək istifadəmizdə olan dəzgahlar qanunsuz olaraq, qanunvericilikdə nəzərdə tutulan qaydada bir ay əvvəldən xəbərdarlıq etmədən, iki tərəfli imzalanan müqavilələrinin tələblərinə və etik davranış qaydalarına zidd hərəkətlərlər nümayiş etməklə, dəzgahlar möhürlənərək istifadəsinə qadağa qoyulmuşdur (Hadisə ilə əlaqədar foto və video materiallar təqdim edilir).
“Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vasif Abbasov Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təstiq edilmiş Texnologiyalar Parkı Haqqında qaydaların 6-ci maddəsinin (İdarəedici təşkiatın funksiyaları) və 7-ci maddəsinin (İdarəedici təşkilatın gəlirləri) müvafiq yarım bəndlərini ciddi şəkildə pozmuşdur.
Sözügedən Fərmanın müvafiq maddəsi əsas tutularaq, ”İdarəedici” təşkilat, rezidentin fəaliyyətinin səmərəli olması üçün, zəruri infrastrukturun yaradılması istiqamətində köməklik etmək əvəzinə, əksinə süni şəkildə mümkün qədər maneələr yaratmaq üçün tabeliyində olan baş mühəndis Rahim Heydərova müvafiq tapşırıqlar verməklə məşquldur. Belə ki, kommunal xidmətlərlə (qaz, su, elektrik enerjisi, telfon, internet, tullantıların yiğılması) təmin edilməsi zəruri və mütləq oduğu halda, icarəmizdə olan tikili sahəyə ayrılmış su, qaz, elektrik xətlərini kəsdirərək fəaliyyətimizə ciddi maneələr yaratmaqdadır. Qeyd edim ki, kommunal xərclərinə MMC-nin borcu yoxdur.
Hazırda mövcut innovativ layihələrərimizdən biri olan “RoboRek” adlı reklam robotumuzu tamamlama mərhələsindəyik (foto və video ərizəyə təqdim ediləcək), “RoboRek”in analoqu Azərbaycanda mövcud deyildir və “RoboRek”in təqdimatına cox ciddi hazırlıqlar mərhələsində, 01.12.2022-ci il tarixində YT Parkın nümayəndələri, Baş mühəndis, energetik, elektrik və s. həmin an müəssisədə olan əməkdaşımıza bildirişi təqdim edərək, icarə müqaviləsi əsasında “TRONIQ MMC-nin istifadəsinə verilmiş dəzgahları, qeyri qanuni olaraq möhürləyərək, istifadəsinə qadağa qoyulmuşdur. Qadağaların səbəblərini icarə haqqının tərəfimizdən ödənilmədiyini əsas gətirmişlər, baxmayaraq ki 04/22-YTP-027-X nömrəli 10 avqust 2022-ci il tarixli “XİDMƏT MÜQAVİLƏSİ”-nin 1 saylı Əlavəsindəki “Qiymət razılaşma protokolu”ndan, YT Parkın ”TRONİQ” MMC-ə borclu olduğu məlum olur və həmin borcun icarə haqqı ilə əvəzləşdiriləcəyi bildirilir. Həmin gündən etibarən YT Parkın direktoru Vasif Abbasov səlahiyyətlərindən sui istifadə edərək YT Parkın nəzarətçilərinə “TRONİQ” MMC-nin əməkdaşlarının və hətta mənim əraziyə buraxılmamağım üçün xüsusi tapşırıq verib.
Məlumdur ki, Azərbaycan Respubliksı Qanunvericiliyinin müvafiq qaydalarına əsasən, qarşılıqlı razılıq əsasında imzalanmış müqavilə şərtlərinin dəyişdirilməsi və ya müqaviləyə əlavə və dəyişiklik edilməsi, tərəflərdən birinin zəruri hesb etdiyi halda, təkrar razılaşma üsulu ilə mümkündür və ya tərəflərdən biri öhdəliklərini yerinə yetirmədiyi halda ən azı bir təqvim ayı əvvəlcədən “BİLDİRİŞ” təqdim etməlidir və hüquqi əsaslandırmalıdır. Bütün bu hüquqi əsaslandırmalar təqdim olumnadan, bildirişi təqdim etməklə yanaşı müəssisənin fəaliyyətini Vasif Abbasovun tapşırığı ilə YT Parkın məhsul şəxsləri tərəfindən dayandırıldmışdır.
Baş verən bütün prosess bunu göstərir ki YT Parkın direktoru Vasif Abbasovun şəxsi maddi maraqları Dövlətin maraqlarınnan üstündür və rəhbərlik etdiyi Dövlət müəssisəndə, ona verilən səlahiyyətlərdən sui istifadə etməklə İNNOVATİV layihələri və peşəkar mühəndis, proqramçılar, texniki heyəti olan bir rezidentin fəaliyyətinə, onun inkişafına, təkmilləşdirilməsinə dəstək olmaq əvəzinə süni problemlər yaratmaqla məşquldur.
Hörmətli nazir!
“TRONIQ” MMC olaraq cari ilin aprel ayının 27-29 tarixlərində, ”Yüksək Texnologiyalar Parkı”nı təmsil edərək AMEA-nin əsas binasında Elm gününə həsr edilmış sərgidə, istehsal etdiyimiz və Azərbaycanda analoqu olmayan “Ultra bənövşəyi dezinfektor Robot”un təqdimatını üğürla etdik. Nəzərinizə çatdırım ki, bu “Ultra bənövşəyi Robot dezinfektor” Azərbaycan Respublikası Prezidenti”nə təqdim edilmişdir. Daha sonra may ayinda TEXNOFEST sərgi günlərində artıq YT Parkının “İNKUBATOR REZİDENTİ” qismində robot, robototexnika, mikrosxem, çip, LED lampa və digər innovativ məhsulların gələcəkdə istehsalına hədəfli olduğumuzu nümayiş etdirdik.
YT Parkının rezidenti olaraq məqsədimiz tək innovativ məhsulları istehsal edib mənfəət əldə etməkdən ibarət deyil, bununla yanaşı ali təhsil ocaqlarında, xüsusilə Texniki universitetlərdəki bilik-bacarığı, ən vacibi isə sevdiyi işlə məşqul olmaq arzusu olan gənclərimizə burada məkan yaratmaqdır. Sizin YT Parkına olan səfəriniz zamanı fəaliyyət göstərdiyimiz iş sahəsində təqdimatım oldu və orada, əsas məqsədimiz ali təhsil ocaqlarındakı, xüsusilə Texniki universitetlərin bilikli və bacarıqlı gənclərdə bu sahəyə maraq və peşəkarlıqlarını artırmaq istiqamətində fəaliyyət göstərməkdən ibarətdir. Beləliklə, həmin gənclər istədikləri peşəyə sahib olduqda respublikamızın digər sahələrində faydalı olacaqlarını göstərəcəklər ki, bu isə ölkəmizin “Yüksək Texnologiyalar” sahəsində yeni nəslin muasir yanaşmasına səbəb olacaqdır.
Rezident olduğumuz müddət ərzində artıq cari ilin yay aylarında, Mingəçevir şəhərində, Gənclər və İdman Nazirliyi ilə AMEA-ın “Gənc alimlər cəmiyyəti”nin təşəbbüsü və təşkilatçılığı ilə “Yüksək Texnologiyalar” və “İnnovasiya sahəsinə maraq” layihəsi çərçivəsində keçirilən tədbirə qatılmağımızla məmnunluq hissi yaşadıq. Keçirilən seminarlarda əksər gənclərin innovasiya yönümlü sahələrə böyük marağına şahid olduq. Bu sevindirici haldır və “TRONIQ” şirkəti olaraq gələcəkdə də bu kimi fəalliyyətimizi davam və inkişaf etdirmək istəyirik.
Hörmətli Emin müəllim!
Müraciətimdə qeyd etdiyim Elm və Təhsil Nazirlyi yanında “Yüksək Texnologiyalar Parkı” MMC-nin rəhbərliyi tərəfindən “TRONIQ” MMC-nin fəaliyyətinə qarşı qanunsuz hərəkətlərinin qarşısının alınması üçün müvafiq tədbirlərinin görülməsini sizdən xahiş edirəm.
Qeyd edim ki Elm və Təhsil Nazirliyi yanınada “Yüksək Texnologiyalar Parkı” MMC-nin qanunsuz hərəkətlərinə qarşı “TRONIQ” MMC olaraq adekvat addımlar atılacaqdır. Belə ki Vasif Abbasovun vəzifəsindən sui istifadə etməsi, qanunvericiliyə zidd hərəkətlər və digər qeyri adekvat hərəkətləri nəzərə alınaraq, aidiyyatı dövlət orqanlarına da müraciətlər olunmuşdur.
Hörmətlə,
Anar Nəbiyev











