Açıq kitabxana-sərbəst mütaliə guşəsi fəaliyyətini virtual rejimdə davam etdirir
01.04.2020 [ad_1]
Bakı, 1 aprel, AZƏRTAC
Respublikada yaranmış vəziyyətlə əlaqədar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən açıq kitabxana-sərbəst mütaliə guşəsi fəaliyyətini virtual rejimdə davam etdirir.
AZƏRTAC xəbər verir ki, Kitabxana Mədəniyyət Nazirliyinin “Evdə qal evdə yarat!” təşəbbüsünə qoşularaq oxucularına onlayn xidmət göstərir.
Kitabxananın “facebook” Açıq Kitabxana könüllülər qrupunda hər gün mütəmadi olaraq Azərbaycan və dünya ədəbiyyatından bədii ədəbiyyat nümunələri oxuculara təqdim edilir.
AZERTAG.AZ :Açıq kitabxana-sərbəst mütaliə guşəsi fəaliyyətini virtual rejimdə davam etdirir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin











