Ödənişli parklanma yerləri ilə bağlı xüsusi paketlərin tətbiqi təklif edilir

Ödənişli parklanma yerləri ilə bağlı xüsusi paketlərin tətbiqi təklif edilir

03.03.2023 Off By Füzuli İsmayılov

Azərbaycanda ödənişli parklanma yerləri ilə bağlı yeni sistemin tətbiq edilməsi təklif edilir. Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.

Sənəddə ödənişli parklama yerləri üçün (özəl parklama yerləri istisna olmaqla) 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə “Vahid parklama kartı” (vahid ödəniş aparmaqla abunə dövrü ərzində bütün ödənişli parklama yerlərindən istifadəyə imkan verən) sisteminin tətbiqi təklif edilir.

Share