Ombudsman təcridxana və cəzaçəkmə müəssisələrində sıxlıq olduğunu bildirib

Ombudsman təcridxana və cəzaçəkmə müəssisələrində sıxlıq olduğunu bildirib

03.03.2023 Off By Füzuli İsmayılov

Bir sıra İstintaq Təcridxanası və cəzaçəkmə müəssisələrndə sıxlıq olduğu aşkarlanıb. Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.

Qeyd olunub ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeli müəssisələrində sıxlıq problemi əsas etibarilə istintaq təcridxanalarında rast gəlinir Belə ki, 2500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında bir başçəkmə zamanı 3300-dən, digər başçəkmə zamanı isə 3500-dən çox şəxsin, eyni zamanda 700 nəfər üçün nəzərdə tutulmuş 2 saylı İstintaq Təcridxanasında (Gəncə) 800 nəfərin, 1050 nəfər üçün nəzərdə tutulmuş 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) 1400-dən çox şəxsin saxlanıldığı müəyyən edilmişdir.

Qadın məhkumlar üçün nəzərdə tutulan 4 saylı cəzaçəkmə müəssisəsində də sıxlıq mövcud olmuş, lakin 2022-ci ilin əvvəllərində müəssisənin yeni və müasir binaya köçürülməsi ilə bu problem aradan qalxmışdır. 17 saylı cəzaçəkmə müəssisəsində də müəyyən olunmuş həddən artıq sayda məhkumun saxlanıldığı müşahidə edilmişdir. 11 saylı cəzaçəkmə müəssisəsində isə 5 nəfər üçün nəzərdə tutulmuş cərimə otaqlarında 6-7 nəfərin saxlanıldığı aşkar edilib.

Share