DİN futbol klubunu daşıyan avtobusun qəzaya uğraması barədə məlumat yayıb

DİN futbol klubunu daşıyan avtobusun qəzaya uğraması barədə məlumat yayıb

07.03.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi “Mingəçevir” futbol klubunu daşıyan avtobusun qəzaya uğraması barədə məlumat yayıb.

İdarədən verilən məlumata görə, bu gün saat 13:00 radələrində Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrliyində, Basqal qəsəbəsi ərazisində hərəkətdə olan “Mercedes” markalı BA 004 KU qeydiyyat nişanlı avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirərək qarşıdan gələn 77-EF-972 dövlət qeydiyyat nişanlı “MACK” markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və avtobusun sərnişini “Mingəçevir” Futbol Klubunun əməkdaşı 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəsarət alaraq tibb müəssisələrinə yerləşdirilib.

Qəzanın baş verdiyi əraziyə YPX əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Share