NEQSOL Holding-in dəstəyi ilə AmCham “Etika və Komplayens” konfransını keçirib

NEQSOL Holding-in dəstəyi ilə AmCham “Etika və Komplayens” konfransını keçirib

07.03.2023 Off By Füzuli İsmayılov

NEQSOL Holding-in Platinum sponsorluğu ilə Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) “Azərbaycanda Etika və Komplayens” mövzusunda konfrans təşkil edib. Tədbirdə komplayens üzrə mütəxəssislər, biznes ictimaiyyətinin yüksək vəzifəli şəxsləri və hökumət rəsmiləri iştirak ediblər.

“Beynəlxalq şirkətlər qrupu olaraq NEQSOL Holding etik biznes təcrübələrini və komplayens mədəniyyətinin daha da inkişafını təşviq etməyə sadiqdir. Dürüstlük və hesabatlılıq mədəniyyətinin formalaşması ilə bağlı düşüncələrimizi və təcrübələrimizi bölüşdüyümüz AmCham konfransını dəstəkləməkdən qürur duyuruq. Həmfikir təşkilatlar və maraqlı tərəflərlə birlikdə çalışmaqla biz hər kəsə faydalı olan etik biznes mühitini inkişaf etdirməyə davam edə bilərik”, – NEQSOL Holding-in Baş Hüquq Direktoru və AmCham-ın Hüquq və Komplayens Komitəsinin sədr müavini Toğrul Əhmədov bildirib.

Toğrul Əhmədov, həmçinin “Korrupsiyaya qarşı mübarizə haqqında qanunların icrası: beynəlxalq və yerli təcrübə və perspektivlər” mövzusunda panel müzakirəsində çıxış və moderatorluq edib.

“Komplayens hazırda həm Azərbaycan, həm də xaricdə olan bizneslər üçün mühüm əhəmiyyət kəsb edir və iştirakçılar daha çox öyrənməyə çalışırlar. Müzakirələr zamanı panel iştirakçılarının öz ideyaları ilə çıxış etməsi söhbətimizi daha maraqlı və canlı etdi. Ümumilikdə tədbirin moderatoru seçilmək və bu kimi mühüm mövzunun müzakirəsində iştirak etmək mənim üçün çox xoş oldu”, – deyə Toğrul Əhmədov əlavə edib.

“Azərbaycanda Etika və Komplayens” mövzusunda olan konfransı dəstəklədiyi üçün NEQSOL Holding-ə təşəkkürümüzü bildiririk. Holdinqin etik biznes təcrübələrinə sadiqliyinin şahidi olmaq, eyni zamanda biznes ictimaiyyətində etika və komplayens mədəniyyətinin daha da təşviqi üçün onlarla əməkdaşlıq etmək çox xoşdur”, – AmCham Azərbaycanın icraçı direktoru Gülnarə Aslanbəyli deyib.

NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

NEQSOL Holding-in dəstəyi ilə AmCham “Etika və Komplayens” konfransını keçirib (FOTO)
NEQSOL Holding-in dəstəyi ilə AmCham “Etika və Komplayens” konfransını keçirib (FOTO)
NEQSOL Holding-in dəstəyi ilə AmCham “Etika və Komplayens” konfransını keçirib (FOTO)
Share