“Yuta Caz” və “Detroyt”un basketbolçuları koronavirusa qalib gəliblər

“Yuta Caz” və “Detroyt”un basketbolçuları koronavirusa qalib gəliblər

01.04.2020 Off By admin

[ad_1]

Bakı, 30 mart, AZƏRTAC

“Yuta Caz” klubunun basketbolçuları Rudi Qober və Donovan Mitçell koronavirusa qalib gəliblər.

AZƏRTAC xəbər verir ki, “Detroyt”un mərkəz oyunçusu Kristan Vudsla birlikdə adıçəkilən basketbolçular ABŞ-da bu təhlükəli xəstəlikdən sağalan ilk idmançılar kimi tarixə düşüblər.

R.Qober MBA-da koronavirusa yoluxan ilk basketbolçu olub. Məhz onun xəstələnməsindən sonra liqa rəhbərliyi çempionatı dayandırmağı qərara alıb. Qoberin ardınca onun komanda yoldaşı D.Mitçell də eyni problemlə üzləşib. Hazırda “Bruklin”, “Boston”, “Filadelfiya” və “Denver”in bəzi oyunçuları koronavirusdan müalicə olunurlar.

AZERTAG.AZ :“Yuta Caz” və “Detroyt”un basketbolçuları koronavirusa qalib gəliblər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Share