Fərid Qayıbov Darxan Kıdıralini qəbul edib
10.03.2023Martın 10-da gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdıralini qəbul edib. Görüşdə iki qardaş ölkə arasında dostluq əlaqələrinin günbəgün daha da möhkəmləndiyi qeyd olunub.
Ölkəmizdə gənclər siyasəti barədə məlumat verən nazir Fərid Qayıbov Azərbaycanla Qazaxıstan arasında bu sahədə əməkdaşlığın mövcud olduğunu qeyd edib.
Səmimi qəbula görə təşəkkür edən Qazaxıstanlı nazir Darxan Kıdrali Qarabağ haqqında qazax dilində yazılmış kitabı Fərid Qayıbova hədiyyə edib.














