Bir sıra media resurslarında kibertəhlükəsizliklə bağlı zəifliklər aşkarlanıb – ETX

Bir sıra media resurslarında kibertəhlükəsizliklə bağlı zəifliklər aşkarlanıb – ETX

10.03.2023 Off By Füzuli İsmayılov

Kibertəhlükəsizliyə investisiyalar qoyulmalıdır. Qurumlar bu sahədə peşəkar mütəxəssisləri işə cəlb etməlidir.

Trend-in məlumatına görə, bunu bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Samir Rəsulov Mətbuat Şurasında Şura və ETX-nin birgə təşəbbüsü ilə “Kütləvi informasiya vasitələrinin kiber təhlükəsizlik problemləri” mövzusunda “dəyirmi masa”da deyib.

O qeyd edib ki, kibertəhlükəsizlik üçün müvafiq avadanlıqlar alınması məqsədəuyğundur.

“Hər gün fərqli-fərqli kiberhücumlarla rastlaşırıq. Biz monitorinq aparmışıq və bir sıra media veb resurslarında zəifliklər aşkar etmişik və dəfələrlə onlara bu barədə məlumat vermişik. Təəssüflər olsun ki, bəzi media qurumlarında hələ də vebzəifliklər mövcuddur. İnvestisiya qoyulmasa, kibertəhlükəsizliyi təmin etmək mümkün deyil”, – deyə o qeyd edib.

Share