ADY “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

ADY “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

13.03.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları’’ Qapalı Səhmdar Cəmiyyəti (ADY) “Heydər Əliyev ili” çərçivəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən və qurumun balansında olan yaşıllaşdırma zolağında ağacəkmə aksiyası keçirib.

Qurumdan bildirilib ki, aksiyada ADY və qurumun törəmə şirkətlərinin 100-dən çox əməkdaşı iştirak edib. Ümumi sahəsi 2 hektar olan ərazidə 1000 ədəd zeytun ağaçı əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ADY tərəfindən tədbirlər planı təsdiq olunub və silsilə tədbirlərin keçirilməsinə start verilib. Tədbirlər planı çərçivəsində Ulu Öndərin təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə çağrışları əsas götürülüb.

Share