Bir nəfərin 30 il kafedra müdiri olmasının dövrü gedib

Bir nəfərin 30 il kafedra müdiri olmasının dövrü gedib

14.03.2023 Off By Füzuli İsmayılov

Kafedra müdirlərinin müəyyən müddət üzrə çalışması təklif edilir. Bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin əsasnaməsində dekanların 2 dəfə seçilmə şansı var.

O bunun kafedra müdirinin seçiminə də şamil edilməsinə baxılmasını təklif edib. “Çünki artıq o dövr gedib ki, bir nəfər 30 il kafedra müdiri vəzifəsində çalışsın”, – deyə o qeyd edib./Trend

Share