
Tramp Desantisi seçkilərə namizəd statusu uğrunda mübarizədə əsas rəqib adlandırıb
14.03.2023ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə Respublikaçılar Partiyasının prezidentliyə namizədinin irəli sürülməsində partiya yoldaşı, Florida qubernatoru Ron Desantisi əsas rəqib hesab edir.
Trend “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə D.Tramp jurnalistlərə açıqlamasında deyib.
Eyni zamanda D.Tramp qeyd edib ki, yəqin ki, 2018-ci ildə Florida qubernatorluğu kampaniyası zamanı R. Desantisi dəstəklədiyinə görə peşmandır.