Zaxarova Paşinyana: “Kim kimin üstündə dayanıb?”

Zaxarova Paşinyana: “Kim kimin üstündə dayanıb?”

16.03.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin ölkəni tərk etməsi ilə bağlı bəyanatlarına münasibət bildirib. O, bu gün keçirilən həftəlik brifinqdə deyib: “KTMT-nin Ermənistandan çıxacağı ilə bağlı bu bəyanatı görəndə nədənsə Bulqakovun “Kim kimin üzərində dayanıb?” və Stanislavskinin “Sənəti sənətdə deyil, özündə sevmək lazımdır” əsərlərindən daha iki sitat yadıma düşdü”.

Xatırladaq ki, bir qədər əvvəl mətbuat konfransında çıxış edən Paşinyan bildirib ki, KTMT istəsə də, istəməsə də, Ermənistanı tərk edir.

“2022-ci ildə KTMT-nin baş katibi mənə dedi ki, KTMT-də Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı qorxular var. Mən cavab verdim ki, bu qorxular yersizdir, lakin Ermənistanda mövcud olan digər qorxular da yerindədir və onlar KTMT-yə aiddir. Mənim qiymətləndirməm isə ondan ibarətdir ki, onlar istəsələr də, istəməsələr də, KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir”, – Paşinyan deyib.

Share