Beynəlxalq Donorlar konfransının iştirakçıları Türkiyə və Suriya üçün 7 milyard avro toplayıblar

Beynəlxalq Donorlar konfransının iştirakçıları Türkiyə və Suriya üçün 7 milyard avro toplayıblar

21.03.2023 Off By Füzuli İsmayılov

Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransının iştirakçıları fevralın 6-da Türkiyə və Suriyada baş vermiş zəlzələlədən zərərçəkənlər üçün 7 milyard avro toplayıblar. Bu barədə Konfransın bağlanışında Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson deyib.

“Toplanan vəsaitlərin ümumi məbləği 7 milyard avro təşkil edib”, – deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Share