Bakının Ələt qəsəbəsində ölüm hadisəsi

Bakının Ələt qəsəbəsində ölüm hadisəsi

26.03.2023 Off By Füzuli İsmayılov

Qaradağ rayon prokurorluğundan Hakimiyyet.info.az-a verilən məlumatda bildirilir ki, martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Şahin Quliyevin martın 24-ü günorta saatlarında Dəyanət Cəfərovu döyərək ağır xəsarət yetirməsi və zərərçəkmiş şəxsin həmin xəsarət nəticəsində növbəti gün ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa vurulmuş ağır zərərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir

Share