BQXK-nın 11 avtomobili aksiya ərazisindən Laçına maneəsiz keçib

BQXK-nın 11 avtomobili aksiya ərazisindən Laçına maneəsiz keçib

26.03.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, ekoaksiyanın iştirakçıları martın 26-da Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus dörd yük və yeddi minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Bu, bir daha Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir./AZƏRTAC

Share