DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN SƏDRİ PAKİSTANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞÜB

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN SƏDRİ PAKİSTANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞÜB

31.03.2023 Off By Füzuli İsmayılov

Martın 31-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Haye ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı strateji və qardaşlıq münasibətlərinin iqtisadi-ticari əlaqələrin inkişafına müsbət təsirindən, o cümlədən gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində perspektivlərdən bəhs edilib.

Eyni zamanda ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması, idxal-ixrac əməliyyatları üzrə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Share