XEYLİ MİQDARDA QIZIL-ZİNƏT ƏŞYALARI AŞKARLANIB
06.04.2023Hakimiyyet.info.az xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk edən zaman Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən “Qırmızı kanal”a yönləndirilib. Gömrük baxışı zamanı vətəndaşın əl çantasından, çəkisi təxminən 1104 qram olan xeyli dəyərdə qızıl-zinət əşyaları aşkarlanaraq gömrük rüsumlarının ödənilməsinə dəvət olunub.
Faktla bağlı araşdırma aparılır.











