Yunanıstandakı səfirimiz vəzifəsindən geri çağırılıb
07.04.2023 Off By Füzuli İsmayılovHakimiyyet.info.az xəbər verir ki, Anar Xeybər oğlu Hüseynov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib.
Qurumun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 MMC daxildir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumatı təsdiqləyiblər.
Anar Hüseynov daha əvvəllər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“Asan Xidmət”) İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb.











