Kürdəmirdə iftar mərasimi təşkil edilib
07.04.2023Aprelin 5-də Kürdəmirdə rayonun icra hakimiyyəti tərəfindən iftar mərasimi təşkil edib.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə rayonun icra başçısı Elxan İbrahimov, millət vəkili Əminə Ağazadə, şəhid ailələri, müharibə əlilləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir zamanı RİH başçısı E. İbrahimov şəhid ailəri və müharibə əlilləri ilə söhbət edərək bir daha ölkə rəhbərinin yerli orqanlasrla cəmiyyətin həssas təbəqəsinin yanında olmağı, onlara qayğı və səmimiyyətlə yanaşmağı tapşırdığını bildirib. Rayon rəhbəri bir daha qeyd edib hər zaman təklif, tələb şikayətlərinizi dinləməyə hazırdır.
Dəyanət Kərimli,
“HAKİMİYYƏT” qəzeti



















