Sülhməramlılara aid 4 avtomobil Laçın yolundan maneəsiz keçib

Sülhməramlılara aid 4 avtomobil Laçın yolundan maneəsiz keçib

10.04.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb. Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus Xankəndindən gələn 2 minik, 2 yük maşını Laçın istiqamətinə hərəkət edib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 120 gündür davam edir.

Sülhməramlılara aid 4 avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)
Sülhməramlılara aid 4 avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)
Sülhməramlılara aid 4 avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)
Share