Xaçmazda yanğın nəticəsində iki nəfər həyatını itirib
10.04.2023Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.











