Futzal üzrə “Avro-2022″nin püşkatma mərasimi təxirə salınıb

Futzal üzrə “Avro-2022″nin püşkatma mərasimi təxirə salınıb

01.04.2020 Off By admin

[ad_1]

Bakı, 30 mart, AZƏRTAC

UEFA koronavirus pandemiyası səbəbindən futzal üzrə “Avro-2022″nin püşkatma mərasiminin tarixini dəyişib.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a bildiriblər ki, tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Turnirin final mərhələsi isə 2022-ci ilin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.

 

AZERTAG.AZ :Futzal üzrə “Avro-2022″nin püşkatma mərasimi təxirə salınıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Share