Koronavirusla bağlı Qırğızıstan Prezidentinin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Koronavirusla bağlı Qırğızıstan Prezidentinin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

01.04.2020 Off By Füzuli İsmayılov

COVID-19 koronavirusu ilə bağlı Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

AZƏRTAC Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə edilib, konkret təkliflər planı qəbul olunub.

Sooronbay Jeenbekov bu istiqamətdə görülən işlər haqqında məlumat verib, deyib ki, ölkə ərazisində koronavirusun qarşısının alınması və yayılması istiqamətində hökumətin ayrı-ayrı üzvləri kifayət qədər cəldlik nümayiş etdirməyiblər.

Sooronbay Jeenbekov Baş Nazirin müavini Altınay Omurbekovanı və Səhiyyə naziri Kosmosbek Çolponbayevi tutduqları vəzifələrdən azad edib.

Share