Avropa Ağır Atletika Federasiyası İrəvanda Azərbaycan bayrağının yandırılmasını pisləyib

Avropa Ağır Atletika Federasiyası İrəvanda Azərbaycan bayrağının yandırılmasını pisləyib

16.04.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Avropa Ağır Atletika Federasiyası (EWF) aprelin 14-də İrəvanda Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Avropa Ağır Atletika Federasiyası 2023-cü il aprelin 14-də İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı bir nəfərin Azərbaycan bayrağını yandırması ilə nəticələnən hadisəni kəskin şəkildə pisləyir.

EWF bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və “Fair Play”-in universal prinsiplərinə hücum hesab edir.

EWF yarışın bütün iştirakçılarının təhlükəsizliyi üçün əlavə təminat tələb edib. EWF daimi olaraq Azərbaycan Respublikasından olan nümayəndə heyətinin yanında olub, idmançılar, məşqçilər və rəsmi şəxslərlə tam həmrəyliyini və dəstəyini ifadə edib.

Biz Azərbaycan Respublikasının nümayəndə heyətinin müsabiqəni tərk etməli olmasına təəssüflənirik, eyni zamanda buna hörmətlə yanaşırıq. Nümayəndə heyəti Ermənistanı tərk edənə qədər onun bütün təhlükəsizlik şəraitinin təmin edilməsində birbaşa iştirak etmişik.

EWF hadisəyə baş verənlər kontekstində əlavə tədbirlərin görülməsini nəzərdən keçirəcək.

EWF Azərbaycan Komandası və Federasiya ilə həmrəy olaraq qalır”.

Share