Ermənistan məsuliyyətə cəlb olunmalıdır-MXP-dən BƏYANAT
17.04.2023Azərbaycanın dövlət bayrağının nümayişkəranə şəkildə yandırılmasında nifrət və qəzəb yaşayan Ermənistanın məsuliyyətə cəlb olunması üzrə MXP-nin bəyanatı
2023-cü il aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində Baş nazir Nikol Paşinyanın da iştirak etdiyi ağır atletika üzrə Avropa çempionatının təntənəli açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb.
Açılışda Azərbaycan bayrağının yandırılmasından sonra cəzasız qalan ermənilər İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bu azmış kimi cırıq Azərbaycan və Türkiyə bayrağını asaraq hər iki qardaş dövlətə qarşı növbəti təxribat törədiblər.
Budur milliyəti, dövlətçiliyi bilinməyən nüfuzlu dövlətlərin əlaltısı olan tarixi saxtakarlıq üzərində qurulan mənfur saxta məxluqun və saxta dövlətin siması. Azərbaycan hakimiyyəti dövlətçilik ənənələrinə və beynəlxalq prinsiplərə əməl etməklə mehriban qonşuluğun bərpa olunmasının sülh tərəfdarı olmasını nümayiş etdirsə də qəzəb və nifrət ideologiyası ilə yaşayan bu məxluqlar bunu qəbul etməmək üçün insanlığa və beynəlxalq prinsiplərə sığmayan hərəkətlərini bütün beynəlxalq aləm qarşısında nümayiş etdirirlər. Quduzlaşmış itdən qurtuluşun yeganə yolu onun başının əzilməsidir.
Hadisədən sonra təqsirləndirilən şəxs polis idarəsinə aparılsa da Ermənistan parlamentinin deputatları, jurnalistlər, bloqerlər polis idarəsinin qarşısına yığşaraq kortəbii mitinq təşkil etmiş, təqsirləndiriləni qəhrəman kimi təqdim etməklə dərhal azadlığa buraxılmasını tələb etmişlər və bunada nail olmuşlar. Budur bu məxluqun deputatının da, jurnaqlistinində, blogerinində, dövlət qurumlarında çalışanlarının da psixologiyası və əxlaqı. Hava şəraitindən asılı olaraq Naxçıvan bölgəsində azaraq ermənistan ərazisinə keçən əsgərlərimizə qarşı beynəlxalq normaları pozmaqla işgəncələrə məruz qoyub nümayişkəranə şəkildə sosial şəbəkələrdə yerləşdirən bu məxluqat nifrət, qəzəb və əxlaqını bir daha nümayiş etdirmiş oldu.
Artıq bütün beynəlxalq aləm anlamalıdır ki, terrorla, tarixi saxtalaşdırmaqla torpaq əldə edib vətən quran millət heç vaxt sivil dövlət qura bilməz. Bu metod bütün dünya üçün təhlükəlidir. Bu cür siyasəti dəstəkləyən nüfuz sahibləri eyni zamanda gələcək svilizasiyanı təhlükəyə atmış olurlar.
Bütün beynəlxalq ictimaiyyətin gözü qarşısında yaşananlar bir daha sübut edir ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir, ölkə bütün irimiqyaslı tədbirlərdən məhrum edilməlidir.
Müstəqil Xalq Partiyası bunu bütün beynəlxalq aləmin diqqətinə çatdırır, milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlinə görə Azərbaycan Prokurorluğu tərəfindən qaldırılmış cinayət işi üzrə Aram Nikolyan və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri üçün beynəlxalq təşkilatlar əməkdaşlıga dəvət olunur.
Müstəqil Xalq Partiyasının Siyasi Şurası











