Dələduzluqda təqsirləndirilən vəkil Elçin Qəmbərov azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilən vəkil Elçin Qəmbərov azadlığa buraxıldı

18.04.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən, “Mərkəz” Vəkil Bürosunun rəhbəri, vəkil Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə araşdırma başa çatıb. Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Elçin Qəmbərov məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror Elçin Qəmbərovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Elçin Qəmbərov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

O Cinayət Məcəlləsinin 178.4(xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Vəkil 500.000 (beş yüz min) manat pul vəsaitini ələ keçirməkdə təqsirləndirilirdi.

Share