Laçın-Xankəndi yolunda nəzarət – buraxılış məntəqəsilə bağlı MXP – dən B Ə Y A N A T

Laçın-Xankəndi yolunda nəzarət – buraxılış məntəqəsilə bağlı MXP – dən B Ə Y A N A T

23.04.2023 Off By Füzuli İsmayılov

22 aprel 2023-cü il tarixində Azərbaycan Ordusunun hərbi yük maşınının  ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsalı olan minaya düşərək partlaması nəticəsində 3 nəfər hərbi qulluqçumuzun yaralanması xəbəri millətin böyük həyəcanına və erməni separatizminə böyük nifrət hissinə səbəb oldu. Bu azmış kimi Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulması üzrə Müdafiə Nazirliyinin video görüntüləri yayıldı.

Hakimiyyətin İlham Əliyev qətiyyəti nəticəsində erməni riyakarlığına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması barədə DSX-nın görüntüləri yayıldı.

Eyni zamanda Ermənistanın sui-istifadə hallarına yol verməklə  Laçın koridoru üzrə qanunsuz hərəkətlərinin  NBM-in qurulmasının vacib edilməsi və  Laçın yolunda NBM-in qurulmasının və bu yolla hərəkətin təhlükəsizlik  mexanizminin RF sülhməramlı kontingenti ilə razılaşdırılmış qaydada həyata keçiriləcəyi, həmçinin  Ermənistanın da  əməkdaşlığa dəvət olunması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin də məlumatının yayılması bütün millətin sevincinə və qürur hissinə səbəb oldu.

Erməni KİV-ləri yenə də təxribatçı və qisasçılıq hissiyatlarına, araqarışdırmaq ideyalarına sadiq qalaraq  “Laçın koridoru artiq fəaliyyət göstərməyəcək – Azərbaycanın Laçın koridorunun girişində Azərbaycanın  NBM qurması RF-nin növbəti rüsvayedici ugursuzluğudur kimi” iyrənc bəyanatlar yayırlar.

Bu ardıcıl xəbərlər elə bir sevinc, elə bir qürur hissi yaşatmış oldu ki, millətimizin uzun illərdən bəri gözlədiyi ərazi bütövlüyümüzün təmin olunmasının təməlini qoymuş oldu. Bu təməl  44 günlük müharibənin sonundan etibarən minanın qurbanı olmuş 294 nəfər azərbaycanlı üçün bir cavab, şəhidlərimizin ruhuna bir sakitlik, gözü yaşlı analarımızın qəlbinə təsəlli, qazilərimizin iradə təskinliyinə səbəb oldu.  

Budur Azərbaycanın milli qürur və iradə bütövlüyünün təcəssümü olan İlham Əliyev rəhbərliyinin, sərkərdəliyinin bariz nümunəsi.

Ərazi bütövlüyün təmin olundu deyərək bütün xalqımıza təsisçi olaraq öz adımdan və MXP-nin bütün üzvləri adından göz aydınlığı verirəm. Bu sevinci yaşadan dahi sərkərdə və dövlət başçısı İlham Əliyev başda olmaqla hərbiçilərimizi, daxili və xarici siyasət fəaliyyətində çalışan bütün əməkdaşlarımızı təbrik edirik. Allah Sizləri, rəşadətli və məğrur hərbiçilərimizi,  millətimizi qorusun, uğurlarımız daimi olsun.

Əmir Çıraqəliyev,

Müstəqil Xalq Partiyasının təsisçisi                         

Share