SUMQAYIT BAŞ GÖMRÜK İDARƏSİNDƏ XARİCİ TİCARƏT İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

SUMQAYIT BAŞ GÖMRÜK İDARƏSİNDƏ XARİCİ TİCARƏT İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

26.04.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, aprelin 26-da Sumqayıt Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş  keçirilib.

Görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər, gömrük-biznes münasibətlərində məmnunluq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verilib. Həmçinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciətlərin göndərilməsi zamanı iş prosesində səmərəliliyin artırılması və gecikmə hallarının qarşısının alınması ilə bağlı geniş müzakirələr aparılıb, bu istiqamətdə görülən tədbirlərdən ətraflı bəhs edilib.

Tədbirin sonunda xarici ticarət iştirakçılarının fikir və rəyləri öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Share