Parlament sədrləri “Əməkdaşlıq Protokolu” imzaladı

Parlament sədrləri “Əməkdaşlıq Protokolu” imzaladı

27.04.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Sahibə Qafarova və Mustafa Şentop “Əməkdaşlıq Protokolu” imzalayıblar.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop özünün “Twitter” səhifəsində yazıb.

“Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik.

Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə “iki dövlət, bir millət” devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik.

İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız “Əməkdaşlıq Protokolu” parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək”, – deyə M.Şentop bildirib.

Share