Gələcəyi görmək üçün dahilikdən yararlanan şəxsiyyət
28.04.2023Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli amallarını, yaşatdığı dövlətçilik ənənələrini, həqiqi mənada, XX əsrdən XXI əsrə keçid dövrünü əhatə edən Heydər Əliyev epoxasında gerçəkləşdirdi, yenidən müstəqil Azərbaycan dövlətini qura bildi.
Çağdaş Azərbaycan tarixinin 34 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs
yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
Ulu öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Ulu öndər Azərbaycan
xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi.
Heydər Əliyev öz xalqına, Vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir canlanma, yüksəliş yaratmışdır. Müstəqil Azərbaycanın rəhbəri kimi onun miqyaslı və dərin siyasəti bütün dünyanı ehtiva edə bilirdi, regionun perspektiv yolunu düzgün istiqamətə yönəldirdi. Heydər Əliyev dünyanın
bir çox ölkələri ilə, hətta xain və məkrli düşmənlərimizlə də “sülh dili” ilə danışmağı bacarır, onların təcavüzkar siyasətinin məhvə məhkumluğunu bəyan edirdi.
Ulu öndərin ali keyfiyyətləri– fenomen xarakteri, insanlara sevgisi, hərəni öz dilində danışdırmaq məharəti, xeyirxahlığı onu tanıyanların sevimlisinə çevirirdi. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük
dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, həmişə obyektiv mövqe tutması, yüksək intellekti, analitik təfəkkürü, sadə davranışı, heyrətamiz
enerjisi dünyanın hər yerindən görünürdü.
Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə, demokratik dövlət quruculuğu prinsiplərinə sadiq bəşəri şəxsiyyət idi. Onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edirdi. Heydər Əliyevin ali keyfiyyətləri və siyasi potensialı onun müxtəlif sistemlərdə və coğrafi
məkanlarda rəhbər elitanın ən yüksək pilləsində qərarlaşmasını təmin etmişdi. Belə bir dühanın məhz Azərbaycan xalqına mənsub olması və özündən sonra bu xalqın tarixində yaradıcı iz və daha uzaq gələcəyə
hesablanmış siyasi irs qoyması, bütövlükdə, xalqımızın milli uğuru və iftixar mənbəyidir. Ulu öndər Azərbaycan xalqının zaman- zaman fəxr edəcəyi və həyat yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir. Heydər Əliyev təkcə gələcəyi görmür, həm də o gələcəyi yaradırdı.
O, şətinlikləri dəf etməklə gələcəyə gedən yolu açır və insanlara buna sövq edirdi. Bugünü anlamaq üçün istedaddan, gələcəyi görmək üçün
dahilikdən yararlanan Heydər Əliyev indiki müstəqil dövlətimizin bütün sahələr üzrə gələcəyinin cizgilərini,an Təhlükəsizlik orqanlarına təyin edildiyi vaxtdan çəkmişdi. Onun 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişini tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki ulu öndərin rəhbəliyinin birinci dövründə
respublikada köklü dəyişikliklər baş vermişdi. Əgər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70- 80-ci illərində yurdumuzun sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı
istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən zəruri işlər olmasaydı, bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğu naməlum idi.
Sovet zamanında, hər bir tapşırığın mərkəzdən verildiyi vaxtda geridə qalan Azərbaycanda insanların öləziyən ümidlərini ruh yüksəkliyi ilə əvəz edib, fəal təsərrüfat, tikinti-abadlıq, quruculuq işlərinə yönəltmək əsl
qəhrəmanlıq, möhtəşəm bir rəhbərlik nümunəsi idi. Bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin hüdudlarını bir daha hiss edir, ümummilli liderin respublikamız,
xalqımız üçün misilsiz xidmətlər göstərdiyindən xəbərdar olurlar.
Ümummilli lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə xalqda milli özünüdərk hissini gücləndirə, habelə milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdi. Həmin illərdə
milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxmış, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi- ideoloji körpü milli düşüncənin düzgün məcrada inkişafına səbəb olmuşdu.
Ümumiyyətlə, həmin dövrdə böyük strateq Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi yalnız xalqın ümumi dirçəlişi, milli qürurunun oyanışı məramına hesablanmışdı. İdarəçilikdə atılan
məqsədyönlü addımlar, o cümlədən iqtisadi inkişafın sürətləndirilməsi milli şüurun yüksəlməsinə, milli dirçəlişin etibarlı təməlinin yaradılmasına xidmət edirdi.
Ümummilli lider Heydər Əliyevin xalqın istəyi və iradəsi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişi isə canından artıq sevdiyi Azərbaycanı, xalqımızı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun
hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə həyatını təhlükəyə atmaqla, qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa ölümündən çəkinməyərək nail oldu. Bu,
Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq səhifəsi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, əqidəsinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi və zəruri nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi bu xilaskarlıq missiyasını gerçəkləşdirə bilərdi.
Heydər Əliyev fəaliyyətinin 1993–2003-cü illəri də bir ömrün qızıl salnaməsi, Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi
illərin unudulmaz səhifələridir. Ümummilli lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat,
müstəqil Azərbaycanın bar- bəhrəsini bəxş etdi.
Heydər Əliyev öz əməli fəaliyyəti ilə nəinki Azərbaycan, eləcə də insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratdı. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin
yenilməzliyi tarixidir.
Ulu öndər ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Heydər Əliyev qanlı müharibədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı
tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi.Böyük rəhbər respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının
təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artdı, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırıldı.
Dünya inkişafının perspektivini aydın görən, ona doğru addımlayan və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasıını
təmin edərək, onun müstəqilliyini əbədi və dönməz etdi. Bu siyasət: hər şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar olunmasına yönəlmişdi; ikincisi, zaman çərçivəsi ilə məhdudlaşmayıb gələcəyə hədəflənmişdi;
üçüncüsü, geopolitik maraqların Azərbaycanın milli mənafeləri ilə uzlaşması harmoniyasını yaradırdı; nəhayət, hələ uzun illər Azərbaycanın daxili və xarici siyasət doktrinasının özəyini, milli inkişafımızın təməlini təşkil edəcəkdir.
Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan
geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyət olması həmişə etiraf olunacaq.
Heydər Əliyev milli dövləti idarə etməyin beynəlxalq siyasi sistemlə ideal bağlılığını tapa bilən müstəsna siyasət ustalarından idi. Ulu öndərin Azərbaycan dövlətçiliyi praktikasındakı bu nailiyyəti, formalaşdırdığı
siyasi idarəetmə sistemində bu məqamın tapılması onun siyasi kursunun uğurla davam etdirilməsinin ən başlıca reallıqlarındandır.
Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən artıq çoxdan təsdiqini tapmış belə bir həqiqəti
dərk edirik ki, Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hər kəsdən yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini– İlham Əliyevi Azərbaycana bəxş etməsidir. Azərbaycanı Qafqazın ən qüdrətli dövlətinə çevirmiş, ölkəsinin bütün sahələrdə qalibiyyət potensialını üzə çıxarmış Prezident İlham Əliyevlə xalqımız özünə ən etibarlı siyasi gələcək qazandı, mütərəqqi inkişaf yolunu qoruyub saxladı. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesini Prezident İlham Əliyevin yüksək dinamizm və əzmkarlıqla davam etdirilməsi xalqımızın sabaha inamının qaynağıdır.
Sərvər Babayev,
Azərsu ASC Suraxanı Sukanal idarəsinin rəisi











