Xalqın ümid bəslədiyi Ümummilli Lider

Xalqın ümid bəslədiyi Ümummilli Lider

28.04.2023 Off By Füzuli İsmayılov

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Onun 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Respublikaya rəhbərlik etdiyi dövrdə ulu öndər var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram”. Yaxın kecmişə nəzər salsaq görərik ki, 1988-1993-cu illərdə Azərbaycanın ictimai-siyasi həyatında çaxnaşmalar, cəbhədəki məğlubiyyətlər, ölkədə anarxiya,
xaos, vətəndaş müharibəsi və s. mövcud idi. Belə bir təhlükə və faciənin qarşısını almaq üçün xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı
və xalq bu günü hər il Milli Qurtuluş Günü kimi bayram edir.
Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl demişdir: “Hörmətli Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur. 1918-1920-ci illərdə olduğu kimi, Azərbaycan dövlətinin bayrağı yenə yüksəlmişdir və
bir daha enməyəcəkdir. Bu bayrağın enməməsi üçün keçən 10 ildə bütün səylər göstərilmişdir. Heydər Əliyev Azərbaycan dövlətini sadəcə tanıtmaqla kifayətlənməmiş, onunla dost olmağa çalışmışdır. Azərbaycan xalqının sərvətlərinin ortaya çıxarılması və bunların xalqın zənginliyinə xidmət etməsi həmin on ildə görülən işlərdəndir”.
Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu
möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı. Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı və “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalandı, dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz
genişləndi. Bütün bu sadalananlar məhz ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün olmuşdur.
Rusiya Prezidenti Vladimir Putin yazırdı: “Heydər Əliyevin prezidentliyi dövründə dost Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, ictimai və iqtisadi həyatın bütün sahələrində dərin dəyişikliklər edilməsi işində nail olduğu sanballı müsbət nəticələr bizə – qonşularınıza xüsüsilə aydın görünür”.
Bu dahi şəxsiyyət tükənməz enerjisini nəinki öz xalqının, dövlətinin inkişafına, bütövlükdə dünya xalqlarının iqtisadi, mədəni səviyyəsinin yüksəlməsinə, onların arasında mehriban münasibətlərin dərin kök
salmasına sərf edirdi. Məhz Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən tarixi İpək Yolu bütün dünya dövlətlərinin inkişafına öz mühüm töhfəsini verdi.Avropa və Asiya qitəsinin arasında yerləşən Azərbaycan tarixən qərblə şərq, cənubla şimal arasında “körpü” rolunu oynayıb. Bakıda keçirilən beynəlxalq konfrans respublikamızın yenidən iki qitəni birləşdirən qovşağa çevrilməkdə olduğunu nümayiş etdirdi. İpək Yolunun üstündə yerləşən 33 ölkənin, 8 beynəlxalq təşkilatın numayəndələri Bakıda toplaşmaqla Azərbaycanın beynəlxalq nüfuzunu dunyada təsdiq etdilər.

Ümummilli lider Heydər Əliyev BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB və başqa beynəlxalq təşkilatların toplantılarında daim qlobal bəşəri problemlərə öz orijinal baxışı ilə fərqlənirdi. Çünki, sözün həqiqi mənasında, bu böyük insanın amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqa xidmət etməkdən ibarət idi.

Azərbaycan Respublikasının uğurlarından bəhs edən Prezident İlham Əliyev qeyd etmişdir ki, biz həm ehtiyatlarımızı artırmışıq, həm də investisiya qoymuşuq. Vaxtında real sektora, infrastruktura investisiya
qoymayan ölkələr bu gün peşman olurlar. Onlar bu işə indi başlayırlar, amma artıq gecdir: “İndi neftin qiymətidüşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və
etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər üçün də maraq doğurur. Mən hələ enerji layihələrini qeyd etmirəm. Bakı-Tbilisi-Ceyhan, BakıTbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, Cənub qaz dəhlizi – bu layihələr regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir. Bu layihələr son 9 il ərzində icra edilib. Bakı-TbilisiCeyhan 2006-cı ildə istifadəyə verilmişdir, dəhliz yaradılmışdır. O dəhliz indi xidmət göstərir, yeni layihələr ortaya çıxır. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini ortaya qoyur. Əgər biz liderliyi göstərməsəydik, heç
vaxt Cənub qaz dəhlizi icra edilməyəcəkdi.” Konfransda xüsusi vurğulanmışdır ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş layihələr uğurla icra olunur.

Ulu öndərin inkişaf strategiyasını yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyevin praqmatizmə söykənən səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın sosial-iqtisadi tərəqqisi daha intensiv xarakter almağa
başlamışdır. Ölkə başçının rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin fərqləndirici xüsusiyyətləri bu sahədə sürətli inkişafa xidmət edən bütün istiqamətlər üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilməsi və
əlaqələndirilmiş proqramlar üzrə aparılmasıdır. Əldə olunan iqtisadi artım isə ilk növbədə, Azərbaycanvətəndaşlarının maddi rifah halının yüksəldilməsinə, ölkədə yoxsulluğun azaldılmasına, sahibkarlığın və
regionların hərtərəfli inkişafına yönəldilmişdir.
Bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Onun rəhbərliyi altında
respublikamızda müxtəlif layihələr uğurla həyata keçirilmiş, yeni səhiyyə ocaqları, məktəblər, uşaq bağçaları, qocalar evləri tikilib istifadəyə verilmişdir. Bütün bunlar isə xalqın maddi və mədəni səviyyəsinin
yüksəldilməsinə təkan vermişdir. Fond tərəfindən xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili,
onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

İradə İbrahimova

“Şəms” körpələr evi -uşaq bağçasının müdiri

Share