Aİ baş katibinin müavini Hikmət Hacıyevlə görüşüb

Aİ baş katibinin müavini Hikmət Hacıyevlə görüşüb

05.05.2023 Off By Füzuli İsmayılov

Avropa İttifaqı (Aİ) Brüssel prosesi çərçivəsi də daxil olmaqla Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəkləməyə davam edir.

Bunu Avropa İttifaqı baş katibinin müavini Enriki Mora Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra Tvitter paylaşımında bildirib.

“Hikmət Hacıyevə vacib Aİ-Azərbaycan təhlükəsizlik dialoquna görə təşəkkür edirəm. İkitərəfli əlaqələrin gücləndirilməsi, Aİ-nin regionda mövcudluğu istiqamətində işləyirik. Aİ Brüssel prosesi çərçivəsində də olmaqla Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəkləməyə davam edir”,- Mora qeyd edib.

Share