Ərdoğan millətimizin dəstəyi ilə seçkiləri səs çoxluğu ilə başa vurub – Ömer Çelik

Ərdoğan millətimizin dəstəyi ilə seçkiləri səs çoxluğu ilə başa vurub – Ömer Çelik

16.05.2023 Off By Füzuli İsmayılov

Rəcəb Tayyib Ərdoğan millətimizin dəstəyi ilə seçkiləri səs çoxluğu ilə başa vurub. Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

“Seçim nəticələri açıqlanmadan digər nümayənlərin qalib prezident adlandırılması düzgün deyil” – deyə Çelik bildirib.

O qeyd edib ki, vətəndaşlar sandıq iradəsini güclü şəkildə qoruyaraq demokratiyanın qorunmasına böyük əhəmiyyət veriblər.

“Seçicilərin 90 faizinin seçkilərdə iştirakı Türkiyədə demokratiyanın nə qədər güclü olduğunu göstərir.”- deyə Çelik açıqlamasında vurğulayıb.

Xatırladaq ki, Türkiyədə 28 may tarixində prezident seçkilərinin ikinci turu keçiriləcək.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

İlkin nəticələrə görə, Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Açılan sandıq sayı isə 99,87 % təşkil edir.

Share