ABŞ Rusiya və İranın hərbi-texniki əməkdaşlığında iştirak edən şəxlərə qarşı sanksiyalar elan edib

ABŞ Rusiya və İranın hərbi-texniki əməkdaşlığında iştirak edən şəxlərə qarşı sanksiyalar elan edib

16.05.2023 Off By Füzuli İsmayılov

ABŞ administrasiyası yaxın günlərdə Rusiya və İran arasında hərbi-texniki əməkdaşlıqda iştirak edənlərə qarşı əlavə sanksiyalar tətbiq edəcək.

Trend xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz həmçinin İranın hərbi texnikasının Ukraynada istifadəsi üçün Rusiyaya təhvil verilməsində iştirak edən subyektlərə sanksiyalar tətbiq etməyə davam edəcəyik. Yaxın günlərdə biz Rusiya və İran arasında artan hərbi ticarət əlaqələrində iştirak edənlərə əlavə məhdudiyyətlər elan edəcəyik”, – deyə C.Kirbi bildirib.

Share