İlham Əliyevin prinsipial mövqeyi Brüssel görüşündən Nikol Paşinyanı İrəvana əliboş qaytardı
16.05.2023Brüssel görüşü öncəsi Ermənistan tərəfinin görüşün baş tutmaması, yaxud da sülhlə bağlı danışıqlarda ən kiçik irəliləyişin əldə olunmaması cəhdləri iflasa uğradı.
Bu görüş təsdiq etdi ki, artıq sülhdən qaçmaq, onu sabotaj etmək cəhdi nə Ermənistanın, nə də havadarlarının imkanları daxilindədir və Ermənistan hazırda dalana dirənmiş vəziyyətdədir. Vəziyyətdən çıxmagın yolu isə Erməni tərəfinin Azərbaycanın şərtlərini qəbul etməkdir ki, əksi Ermənistanın məhvidir.
Görüşün ən böyük üstünlüyü isə Nikol Paşinyanın Fransa prezidenti Emanuel Makronla Azərbaycanın sülh planlarının üstündən birdəfəlik xətt çəkmək cəhdi və dördtərəfli formatda görüşün keçirilməsi istəyinin Azərbaycanın iradəsi və qəti mövqeyi sayəsində pozulması və Brüssel formatında görüşün üçtərəfli davamının leqallaşması oldu.
Brüssel formatında prezident İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişel arasındakı üçtərəfli növbəti görüş də bundan əvvəlki təmaslarda olduğu kimi rəsmi Bakının lehinə başa çatdı. Önəmlisi odur ki, son iki görüşdə, həm ABŞ dövlət Departamentinin rəhbəri Entoni Blinkenin, həm də Aİ rəhbəri Şarl Mişelin Azərbaycanın tələblərini məqbul hesab etməklə qlobal güclərin Bakının səmimiyyətini qiymətləndirmələri geosiyasi proseslərin sonrakı mərhələsinə həlledici dəstək vermiş oldu.
Əslində Nikol Paşinyanın Brüsseldəki danışıqlarda Qarabağla bağlı əsas istəyi qlobal aktorların Bakı – Xankəndi arasında danışıqlarda iştirakını leqallaşdırmaq cəhdi dövlət başçısı İlham Əliyevin prinsipial mövqeyi ilə rədd edilmiş və Nikol Paşinyan Avropanın paytaxtından İrəvana əliboş qayıtmışdır.
Daha onəmli məsələ o oldu ki, Avropanın siyasi paytaxtından Şarl Mişel bu zamana kimi heç bir danışıqlarda qeyd edilməyən detala da toxunaraq Azərbaycanın ərazi bütövlüyünün konkret rəqəmlərlə Ermənistan Azərbaycanın 86.6 min kv-km ərazisini tanıyır kimi qeyd etməsi oldu. Bununla da Ai rəsmisi faktiki olaraq Ermənistanın Azərbaycana qarşı ərazi bütövlüyü ilə bağlı bugünə qədər apardığı manipulyasiyaya son qoymuş oldu. Eyni zamanda Aİ prezidenti Zəngəzur dəhlizinin dəmiryolu xətti və delimitasiya-demarkasiya məsələsində də tərəflər arasında razılıqlar olduğu barədə mesajlar verməklə Ermənistanın bu görüşdən olan gözləntilərinin üstündən birdəfəlik xətt çəkmiş oldu.
Şarl Mişelin bu yekun bəyanatlarından nəticə çıxarmaq olar ki, Nikol Paşinyan Azərbaycanın bu tələbləri ilə razılaşmağa məcbur qalıb. Çünki İrəvana razılaşmamaq üçün heç bir səbəb qalmır. Rəsmi Bakı Qarabağ ermənilərinin Azərbaycanın tərkibində hüquq və təhlükəsizlikləri ilə bağlı təminatı 10 noyabr üçtərəfli bəyanatından bəri mütəmadi olaraq səsləndirirdi.
Brüssel görüşünün nəticələri Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh prosesinin danışıqlar yolu ilə düzgün, ədalətli həllinə hesablanmışdır. Maneələr davam edərsə, görəcəklərini göz önünə almalıdırlar. Çünki Azərbaycan Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqların Ermənistan və havadarları tərəfindən istər hərbi təxribatlar, istərsə də diplomatik manipulyasiyalarla dəyişdirilməsinə heç vaxt imkan verməyəcək. Rəsmi İrəvan Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı maneələr yaratmağa davam edəcəksə, bunun ən böyük zərərin də məhz elə İrəvan görəcək.
Brüssel danışıqları zamanı bu razılaşmaların əldə olunması dövlət başçısı İlham Əliyevin siyasi bacarığının və qətiyyətinin ifadəsidir. İlham Əliyev iradəsinə, siyasi təcrübəsinə və qətiyyətinə tam əminliklə inanırıq ki, növbəti mərhələlərdə də bu formatda aparılan danışıqların, habelə maraqlı güclərin dəstəyi ilə erməni xisləti ilə pozuculuğa yönələn cəhdlərin uğurlu həllinə nail olunacaq. Budur türk liderinin siyasət aləmindəki sözünə və imzasına qətiyyəti və iradə ifadəsi.
Əmir Çıraqəliyev,
siyasi şərhçi











