Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər” ilə bağlı bəyanat yayıb
01.04.2020 [ad_1]
Bakı, 31 mart, AZƏRTAC
Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə bağlı bəyanat yayıb.
Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a məlumat verilib.
Bəyanatda bildirilir ki, Avropa İttifaqı 2020-ci il 31 mart tarixində Dağlıq Qarabağda keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə əlaqədar qeyd edir ki, təşkilat “seçkilərin” keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır.
Həmçinin qeyd olunur ki, Avropa İttifaqı ATƏT-in Minsk qrupunun və xüsusilə də onun həmsədrlərinin göstərdikləri cəhdləri dəstəkləyir. Aİ Dağlıq Qarabağ münaqişəsinin tezliklə və sülh yolu ilə həllinə yönəlmiş cəhdləri dəstəkləməyə davam etməyə hazırdır.
AZERTAG.AZ :Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər” ilə bağlı bəyanat yayıb
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin











