Türkiyədə keçirilən Prezident və Parlament seçkiləri öz şəffaflığı ilə dünya  demokratiyasına türk ədalətini nümayiş etdi

Türkiyədə keçirilən Prezident və Parlament seçkiləri öz şəffaflığı ilə dünya demokratiyasına türk ədalətini nümayiş etdi

16.05.2023 Off By Füzuli İsmayılov

Brüssel görüşləri ilə eyni vaxtda Türkiyə xalqı 14.05.2022-ci il tarixində  növbəti sınağından üzü ağ çıxmağı bacardı. Türkiyədə keçirilən Prezident və Parlament seçkiləri öz şəffaflığı ilə dünya  demokratiyasına türk ədalətini nümayiş etdirmiş oldu.

Uzun illərdir Qərb dairələri tərəfindən “diktatura” və “diktator” propoqandası aparılan Qardaş Türkiyə demokratiyanın dünyaya  ədalət  şöləsini vermiş oldu və   düşmənlərini məyus etdi.

Türkiyədə keçirilən seçkilərdə millətin iradə ifadəsinin iki nəticəsi böyük ölçüdə bəlli oldu. Parlament seçkilərini Ərdoğanın rəhbərlik etdiyi Cümhur ittifaqının qazanması və Prezident seçkilərində Ərdoğan Kılıçdaroğlunu 4 faiz səslə qabaqlasa da, 50 faizilik baryeri keçə bilməməsi və  mübarizənin II tura qalması ilə nəticələnməsi.

Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan “Twitter” səhifəsində mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qələbə qazanacağına əmin olduğunu bildirib.

Belə görünür ki, parlamenti uduzan Kılıçdaroğlunun rəhbərlik etdiyi Millət İttifaqının əsas prioriteti II turda qalib gəlmək olsa da bu şansı çox deyil. Belə ki, bu turda 5 faizdən çox səs toplamış Sinan Oğanın tərəfdarlarının böyük əksəriyyətinin məhz R.T.Ərdoğana verəcəkləri səsləri həlledici olacaq.

Muarrəm İncənin namizədliyini geri götürməsindən sonra Kılıçdaroğlu-Ərdoğan cütlüyü ilə mübarizəni sona qədər davam etdirən Sinan Oğanın ötən gün seçkinin həlledici nəticələrinin müəyyən qədər məlum olmasından sonra etdiyi açıqlamaların ünvanı bəlli idi. S. Oğan açıq şəkildə FETÖ, PKK və Hizbullah terror təşkilatına qarşı mübarizə aparmaqdan yana olduğunu açıq bəyan etdi. Eyni zamanda  Sinan Oğanın millətçi olduğu hər kəsə bəllidir. Buna görə də, özünün də bəyan etdiyi kimi, “Türkiyənin böhrana düşməməsi üçün” hazırki iqtidarla anlaşa bilər. Bütün bu proseslərin gedişaatı isə parlamenti qazanan Rəcəb Tayyib Ərdoğanın II turda istədiyinə nail olacağından xəbər verir.

Məhz bu üstünlükdən, qələbəyə bərabər nəticədən dolayı dünyanın siyasi liderləri arasında ilk olaraq türkiyəli həmkarını və Cumhur İttifaqını Prezident İlham Əliyev təbrik etdi. Dövlət başçısının bu addımı bir daha iki xalqın sarsılmaz və səmimi qardaşlıq münasibətlərinin növbəti təzahürüdür.

Tarixi keçmişi işğalçılıq, kütləvi qırğınlar, irqi və dini zəmində törədilmiş müharibələr, zorakı təqiblər insan haqlarının kütləvi tapdalanması ilə bağlı olan və hazırda demokratik gücə çevrilən dövlətlərdən fərqli olaraq, tarixi ədalətli müharibələrlə, daim məzlumun yanında olmaqla eləcə də dünyada sülhün və ədalətin bərpa olunmasına çalışan və öz töhvəsini verməkdə olan türk demokratiyasının  təntənəsi nizamı dəyişməyə doğru gedən dünya üçün ədalətli nəfəslikdir.  

Əmir Çıraqəliyev,

siyasi şərhçi

Share