Prezident seçkilərinin ikinci turunda Ərdoğanın qazanması daha asan olacaq – İbrahim Kalın

Prezident seçkilərinin ikinci turunda Ərdoğanın qazanması daha asan olacaq – İbrahim Kalın

16.05.2023 Off By Füzuli İsmayılov

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda prezident Rəcəb Tayyib Ərdoğanın qazanması daha asan olacaq, lakin buna baxmayaraq çalışmağa qaldığımız yerdən davam edirik. Bu sözləri Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib.

“Seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi Türkiyəyə inanan hər kəsin qələbəsidir. Çünki biz seçicilər arasında ayrıseçkilik etmirik”, – deyə İ.Kalın əlavə edib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Share