XİDMƏTLƏRİ MİSİLSİZ OLAN ÜMUMMİLLİ LİDER
19.05.2023Anadan olnasının 100-cü ildönümünə toplaşdığımız tarixi şəxsiyyət,
Ulu Öndər H. Əliyevin keçdiyi həyat yolu o qədər zəngindir ki, bu yolu işıqlandırmaq üçün yazılmış və yazılmaqda olan cild-cild tədqiqat əsərləri onu hələ də tam əhatə etmir.
Ümummilli liderimizin xidmətləri misilsizdir, sadalamaqla bitib tükənmir. Onun şah əsəri isə müasir, suveren, müstəqil Azərbaycan dövlətidir. Demokratik ənənələrə malik, dünyada iqtisadi və siyası gücə, həmçinin özünümüdafiə qüdrətinə malik müstəqil Azərbaycan dövləti.
Hər birimiz yaxşı bilirik ki, Azərbaycan Respublikası bu zirvəyə heç də rahat yollarla gəlib çatmamışdır.
90-cı illərin əvvəllərində sovet imperiyasının boyunduruğundan yenicə qurtulmuş Azərbaycan Respublikası ətrafındakı düşmənlərin, xain ermənilər, faşizmi özünün dövlət quruluşuna çevirmiş Ermənistan dövləti, onların daxildəki əlaltılarının vasitəsi ilə dağılmaq, yox olmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır, belə bir ağır tarixi şəraitdə xalqımızın xilaskar oğlu, Ulu Öndər H. Əliyev xalqın arzusunu gerçəkləşdirərək 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, 24 iyun tarixdən isə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini icra etməyə başlamış və bununla da xalqımızın milli qurtuluşu reallaşmağa başlamışdır.
“Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!”,- deyərək ikinci dəfə ölkənin siyasi rəhbərliyinə qayıdan Ümummilli lider memarı olduğu Azərbaycan Respublikasını düşdüyü ağır siyasi iqtisadi böhran vəziyyətindən, zamanın sərt sınağından məharətlə xilas edə bilmişdir.
Qürurverici haldır ki, dövlətimiz indi də Ulu Öndərin müəyyən etdiyi siyasi xətlə onun layiqli davamçısı, “Dəmir Yumruq”lu sərkərdə-Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən uğurla idarə olunur.
Şükürlər olsun ki, Ulu Öndərimizin yarımçıq qalmış arzuları möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçir.
Üçrəngli bayrağımız Qarabağımızda-Şuşada dalğalanır. Bu baxımdan Ümummilli liderimizin ruhu şaddır.
Allah Ulu Öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Yaşasın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!
Yaşasın Azərbaycan xalqı!
Hamlet Abbasov
Hacıqabul rayon R. Abdullayev adına Qubalıbaloğlan tam orta məktəbin riyaziyyat müəllimi











