Gəncədə kafeyə qumbara atılıb
20.05.2023Hakimiyyet.info.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub.
Dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Sözügedən ünvanda yerləşən kafeyə naməlum şəxs qumbara atıb. Qumbara partlayıb, xöşbəxtlikdən hadisə vaxtı ölən və xəsarət alan olmayıb. İlkin məlumata görə həmin ərazidə dava olub. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı əlavə məlumat veriləcək./APA











