Gürcüstan prezidenti Salome Zurabişvili: “Mən özüm üçün “Georgian Airways” şirkətini boykot edirəm”
20.05.2023O, bu barədə brifinqdə jurnalistlərin suallarına cavab verərkən söyləyib. “Mən özüm üçün “Georgian Airways” şirkətini boykot edirəm”, – deyə Gürcüstan Prezidenti vurğulayıb.
Hakimiyyet.info.az xəbər verir ki, dövlət başçısı həmvətənlərini onun boykotuna qoşulmağa çağırıb.
Qeyd edək ki, “Georgian Airways” aviaşirkəti 4 illik fasilədən sonra bu gün Rusiyaya birbaşa uçuşları bərpa edib. Gürcüstanla Rusiya arasında hava nəqliyyatının bərpası ölkədə birmənalı qarşılanmayıb, xüsusən müxalifətin etirazlarına səbəb olub.











