Göygöldə bir nəfəri sel aparıb

Göygöldə bir nəfəri sel aparıb

26.05.2023 Off By Füzuli İsmayılov

Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib. Onun sözlərinə görə, hazırda həmin şəxsin yerinin müyyən olunması istiqamətində axtarış işləri davam etdirilir./Trend

Share