ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ ARASINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ MÜNASİBƏTİLƏ İNTELLEKTUAL OYUN KEÇİRİLİB

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ ARASINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ MÜNASİBƏTİLƏ İNTELLEKTUAL OYUN KEÇİRİLİB

26.05.2023 Off By Füzuli İsmayılov

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Hakimiyyet.info.az-a bildirilib ki, Bakı Politoloqlar Klubunun təşəbbüsü, ADA Universitetinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “NHN”+ “Brain ring” formatında keçirilən intellektual yarışda Dövlət Gömrük Komitəsinin Akademiyası fəal iştirak edib.

Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyətindən söz açaraq  yarışın əhəmiyyətindən bəhs ediblər.

Bakı şəhərinin 11 ali təhsil müəssisəsi arasında maraqlı və gərgin mübarizə şəraitində reallaşan yarışda Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası adını qaliblər sırasına yazdırıb və II yerə layiq görülüb.

Həmçinin intellektual oyunda Dövlət İdarəçilik Akademiyasının komandası I, ADA Universitetinin komandası isə III yeri tutub.

Sonda qalib komandalara medallar, diplomlar və kubok, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.

Share