Həmkəndlisini bıçaqla öldürən Gündüz Nəcəfov həbs edilib
02.06.2023Hakimiyyet.info.az-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan daxil olan məlumatda bildirilir ki, mayın 31-i Muxtar Respublikanın Şərur rayon sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlunun yaşadığı Püsyan kəndi ərazisində həmkəndlisi Xəlil Şıxəliyevi bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Gündüz Nəcəfov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.











